İranda son gün ərzində daha 51 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 6 988-ə çatıb. Eyni zamanda daha 1 806 yeni yoluxma faktı aşkarlanıb.
Beləliklə, İranda "Covid-19"-a yoluxanların sayı 120 198-ə yüksəlib. Onlardan 94 464 nəfəri isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, yeni növ koronavirus Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.