Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 44 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35369 şübhəli koronavirus testindən keçib, onlardan 1368-in cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4140 nəfər ölüb, 149435 nəfər bu infeksiyaya yoluxub, 109962 nəfəri isə müalicə olunub.

Bu gün 1825 xəstə evə buraxılıb.