Belçikada yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ölkədə COVİD-19-dan ölənlərin sayı 9 mini ötüb.
Belçikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə ərazisində 55 min nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxanlardan 14 min nəfəri sağalıb.
Qeyd edək ki, martın 14-dən Belçika karantin rejimi tətbiq edilib: təhsil, mədəniyyət və ictimai müəssisələr bağlanıb. Həmçinin kütləvi tədbirlər qadağan edilib və sərhədlər bağlanıb. Mayın 4-dən ölkədə məhdudiyyətlər tədricən ləğv edilməyə başlayıb.