Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 100 mindən çox artaraq 4,5 milyonu keçib. Ölüm hallarının sayı 5 min nəfərə yaxın artaraq 307 mini keçdi.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata görə dünyada 4 milyon 525 min 497 yoluxma və 307 min 395 ölüm faktı qeydə alınıb. Sutka ərzində daha 100 min 12 nəfər koronavirusa yoluxub, daha 5 min 336 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.