Yaponiyanın şimal-şərqindəki Miyagi ərazisində 5,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyinin verdiyi məlumata görə, zəlzələ, episentrinin Miyagi əyalətinin Çub bölgəsi olduğu, 50 kilometr dərinlikdə qeydə alınıb.
Yerli vaxtla saat 12: 00-da baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Agentlik sunami barədə xəbərdarlıq etməyib.