Ermənistanda koronavirusa yoluxanların sayı 4 823 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, son sutka ərzində 351 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son 2 gün ərzində 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 61 nəfər koronavirusdan ölüb, 2 718 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.