ABŞ prezidenti Donald Tramp son zamanlar ölkədə koronavirusa yoluxma hallarının sayının xeyli azaldığını təsdiq edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabından bildirib. 

Belə ki, Tramp özünün “Twitter”dəki hesabından, "Bəzi istisnalarla koronavirusa yoluxma hallarının sayı Birləşmiş Ştatların bütün ərazisi üzrə sürətlə enir. Həqiqətən, çox yaxşı xəbərlər!" deyə bildirib. 

Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirusa 1,486 milyon yoluxma qeydə alınıb, virusdan 89,55 min insan ölüb, 268 mindən çox xəstə sağalıb.

ABŞ əvvəlki kimi dünyada COVID-19-a yoluxma hallarının sayı üzrə birinci yerdədir. Rusiya Federasiyası (demək olar ki, 282 min yoluxma) ikinci yerdə, Böyük Britaniya (demək olar ki, 245 min yoluxma) üçüncü yerdə qərarlaşıb.