İsveçdə dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki,  mühacir həyatı yaşayan 17 yaşlı Uilma Andersson adlı yeniyetmə qız 6 ay bundan əvvəl itkin düşüb. 

Axtarışda olan polis qrupları yeniyetmə qızın parçalanmış bədən üzvlərini aşkar ediblər. Belə ki, mənzilindəki çamadan içərisində alüminium folqa ilə bükülmüş Uilma Anderssonun başı tapılıb. Yeniyetmə qızın bədəninin digər hissələri hələ də axtarışdadır. 

Uilma Anderssonun ölümü, noyabr ayında ola biləcəyi qənaətinə gəlinib. Qonşuların ilkin açıqlamasına görə 14 noyabr axşamı Uilmanın yaşadığı mənzildən qışqırıq səslərini eşitdiklərini söyləyib. 

Bundan əlavə, yeniyetmənin evindəki bıçaqlardan Uilmanin DNT-si tapılıb. Qan donduran cinayəti, 17 yaşlı qızın  keçmiş sevgilisi tərəfindən törəldiyi məlum olub. Hadisə ilə əlaqədar polis tərəfindən saxlanılan şübhəlinin ilkin ifadəsində, “ Cavabım yoxdur” deyə bildirib. 

Həmçinin də, polis, Uilmanın telefonununda bir neçə ay bundan əvvəl keçmiş sevgilisi tərəfindən, “səni parçalayacağam” deyə sms göndərdiyi müyyən edilib. 

Faktla bağlı araşdırma davam edir.