İranda son sutkada daha 69 nəfər koronavirus pandemiyasından həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 7 057 nəfər olduğunu deyib.
O bildirib ki, daha 2 294 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 122 492 nəfərə çatıb.
K.Cahanpur 95 661 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.
O, həmçinin 2 712 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.