Rusiyada koronavirus pandemiyasına yoluxanların sayı 290 min 678-ə, ölənlərin sayı isə 2 min 722-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada Koronavirus İnfeksiya Nəzarət və Profilaktika Mərkəzində edilən şərhə görə, son 24 saat ərzində 8 min 926 adamda COVID-19 aşkarlanması ilə yoluxanların sayı 290 min 678-ə yüksəlib.
Mayın 1-dən bəri ilk dəfə gündəlik halların sayının 9 mindən aşağı düşdüyü ölkədə ölənlərin sayı 2 min 722-ə, sağalanların sayı isə son sutkada 172 nəfər artaraq 70 min 209-a çatıb.
Epidemiyanın mərkəzi Moskvada yoluxanalrın sayı 3 min 238 artaraq 146 min 62-yə, ölənlərin sayı 77 artaraq 1580 yüksəlib.