Tanzaniya prezidenti John Magufuli, oğlunun yeni növ koronavirus (COVID-19) yoluxmasından sonra ənənəvi müalicə üsulları ilə sağaldığını iddia edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, prezident Magufuli, ölkənin Chato bölgəsindəki Evangelist Lüteran Kilsəsində verdiyi açıqlamada, oğlunun COVID-19-dan limon və zəncəfil müalicəsi ilə sağaldığını söyləyib.
“Oğlum COVID-19 tutulduqdan sonra otaqdan çıxmadı və özünü müalicə etməyə başladı. Oğlum, buxar, limon və zəncəfildən, həmçinin idmandan istifadə edərək sağaldı” deyə bildirib.
Bu yaxınlarda ölkədə COVID-19 hadisələrinin azaldığını qeyd edən Magufuli, yaxın zamanda ölkəyə bütün uçuşların başlanacağını və məktəblərin yenidən açılacağını qeyd edib.