İndoneziyada son sutka ərzində 496 nəfər yeni növ koronavirusa yoluxub və bununla da ölkədə ümumi yoluxma hallarının sayı 18 mini keçib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İndoneziyada virusa yoluxmuş insanların ümumi sayı 18 010 nəfərə çatıb.
Pandemiya dövründə ölkədə 1 119 nəfər ölüb, 4 324 nəfər sağalıb.