Nigeriyanın Adamava şəhərində iki etnik qrup arasında baş verən qarşıdurmada 38 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmalar Hausa və Çabo etnik qrupları arasında baş verib.  Nəticədə 38 nəfər ölüb, bir çox insan yaralanıb, yüzlərlə ev isə yandırılıb. Bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilərək vəziyyət nəzarət altına alınıb.

Adamava Təhlükəsizlik Müdiri Süleyman Nguroje hadisəni təsdiqləyib, lakin ölənlərin dəqiq sayı haqqında məlumat verməyib.  Nguroje bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisələrin nəzarət altına alındığını bildirib. 

Qeyd edək ki, Adamava şəhərində qruplar arasında torpaq mübahisəsinə görə ara-sıra zorakılıq hadisələri olur.