"Çin koronavirus infeksiyası barədə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) vaxtlı-vaxtında və ləngimədən məlumatlandırıb".

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, bunu Çinin rəhbəri Si Cinpin 73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclasında deyib.

O bildirib ki, Çin hər zaman açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərinə sadiq qalıb və vaxtlı-vaxtında ÜST-ü, eləcə də digər ölkələri epidemioloji vəziyyət barədə məlumatlandırıb.

S.Cinpin, həmçinin COVID-19 pandemiyasına qlobal reaksiyanın araşdırılması barədə çağırış edib və bu araşdırmanın qərəzsiz və obyektiv aparılmasını vurğulayıb.

O əlavə edib ki, Çin koronavirusdan zərər çəkmiş ölkələrə, ilk növbədə inkişaf etməkdə olan dövlətlərə iki il ərzində 2 milyard dollar maliyyə yardımı ayıracaq.