Almaniyada qaçqın yataqxasında məskunlaşan 4 Azərbaycan vətəndaşının koronavirus (COVID-19) test nəticələri pozitiv çıxıb.

Unikal.org xəbər verir ki, ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərinin Sankt Aqustin bölgəsində yerləşən və təxminən 500-ə yaxın sığınacaq axtaranın məskunlaşdığı yataqxanada yaşayanların koronavirusla bağlı verdikləri testin nəticələri açıqlanıb.

Məlum olub ki, yüngül və ağır olmaqla iki qrupda dərəcələndirilən 116 nəfərin test nəticələri pozitiv çıxıb. Sözügedən yataqxanada məskunalaşan vətəndaşlardan 4-nün Azərbaycan vətəndaşı olduğu bildirilib. 

Qeyd edək ki, Almaniyada infeksion xəstəlikləri araşdıran Robert Kox İnsitutundan isə bildirilib ki, hazırda ölkədə 12 200 aktiv koronavirus daşıyıcısı var.