Qazaxıstanın paytaxtı leysan yağışlardan sonra sel sularına qərq olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xeyli sayda video yayımlanıb.

Qeyd edək ki, bu gündən etibarən Nur-Sultanda məscidlər açılıb, uşaq bağçaları, bazarlar, restoran və kafelər işə düşüb.