Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Unikal.org xəbər verir ki, prezidentlər koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də postpandemiya dövründə atılacaq addımları müzakirə edib.

Bundan başqa, danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub.

Prezidentlər, həmçinin bir sıra regional məsələlər və ikitərəfli əməkdaşlıq məsələlər barədə danışıb.