ABŞ-da daha 854 nəfər koronavirusdan ölüb.
Unikal.org "Worldometer"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 90 966-a çatıb. Eyni zamanda son sutka ərzində 19 803 yeni yoluxma faktı aşkarlanıb.
Beləliklə, ABŞ-da "Covid-19"a yoluxanların sayı 1 529 144-ə yüksəlib. Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib.
Pandemiyanın ən geniş yayıldığı ölkə isə ABŞ-dır.