Karantin qaydalarının yumşaldıldığı Fransada 11 may tarixində məktəblərin və universitetlərin fəaliyyətinə icazə verilmişdi.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə eyni anda 40 min təhsil ocağında tədris prosesi bərpa olunmuşdu. Fransada koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, məktəblərin açılmasından sonra 70 tələbədə "Covid-19" aşkarlanıb.
Daha öncə də xəbər verdiyimiz kimi, sözü gedən ölkədə açılan məktəblərin fəaliyyəti yenidən məhdudlaşdırılıb. Sadəcə yoluxma halları az olan əyalətlərdə tədris prosesi davam etdirilir.