Türkiyədə iki uşaq anası vəhşicəsinə öldürülüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Çanaqqalda baş verib.

Belə ki, 44 yaşlı Fatma K. gecə saatlarında işdən çıxarkən boşanma ərəfəsində olan həyat yoldaşı Aydın K. onun qarşısını kəsib. Qızı atasının əlində bıçaq gördüyü zaman ona mane olmağa çalışıb, lakin bu mümkün olmayıb. O, qızının gözləri qarşısında həyat yoldaşını ürəyindən və qarnından bıçaqlayaraq qətlə yetirib. Özü isə hadisə yerindən qaçıb.

Çarəsiz qalan qız dərhal polisə və Təcili Tibbi Yardıma zəng edib. Qadəın dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyatla Aydın K. saxlanılıb. İfadəsi alındıqdan sonra həbs edilib.