Türkiyənin təhlükəsizlik qüvvələrinin Qars bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

Unikal.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyən terrorçu qrupa da zərbə vurulub.

Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu əməliyyatda 2 PKK/YPG terrorçusu məhv edilib.

Nazirliyin yaydığı digər bir informasiyada bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk bölgəsində yerləşən PKK düşərgələrinə dəqiq zərbələr endirib. Nəticədə 3 terrorçu zərərsizləşdirilib.