Koronavirus təhlükəsi səbəbindən Almaniyada da ciddi karantin qaydaları tətbiq olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq havaların isinməsindən sonra insanlar bu qadağalara məhəl qoymamağa başlayıblar. Belə ki, ötən gün çox sayda insan Frankfurt şəhərində yerləşən Meyn çayının sahilinə axın edib.

Eyni zamanda, maska taxan və sosial məsafəni qoruyanların sayı da çox az olub. Xatırladaq ki, Almaniyada paytaxt Berlində və digər böyük şəhərlərdə dəfələrlə karantin qaydalarına qarşı etiraz aksiyaları keçirilib.