Yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkələrdən biri olan İspaniyada ölənlərin sayında azalma müşahidə olunur.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə 59 nəfər koronavirusdan ölüb. Bu rəqəm ötən gün 87 idi. Beləliklə, İspaniyada pandemiya qurbanlarının sayı 27 709-a çatıb. Eyni zamanda 285 yeni yoluxma faktı aşkarlanıb.

Sözü gedən ölkədə "Covid-19" a ümumi yoluxanların sayı 231 606-a yüksəlib. Onlardan 149 min nəfəri müalicə olunaraq sağalıb.