Bu günədək Rusiya Dövlət Dumasının 6 deputatı koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə parlamentin aşağı palatası sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.
Onun sözlərinə görə, indiyə kimi 6 deputatın koronavirus testi müsbət çıxıb. Onlardan 2-si artıq sağalıb. 2 nəfər hazırda xəstəxanada, digər 2 deputat isə evdə müalicə alır.