Türkiyədə koronavirus səbəbindən cari tədris ili sona çatdırılıb.

Unikal.org “Haberler”ə istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra elan edib. Onun sözlərinə görə, növbəti tədris ili sentyabrdan başlayacaq.

Körpələr və qocalar evləri iyunun 15-dən etibarən fəaliyyətə davam edəcək.