Fransada sutka ərzində 131 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib, ölənlərin ümumi sayı 28 239 nəfər olub.

Unikal.org xəbər verir ki, ölənlərin 17 589 nəfəri xəstəxanalarda, 10 650-si isə qocalar evlərində ölüb.

Xəstəxanalarda hazırda 19 015 nəfər qalır. Son sutkada bura 375 nəfər daxil olub. 1998 nəfər reanimasiyalarda olan xəstələrin sayıdır. Ümumilikdə reanimasiyalara daxil olanların sayında da azalma müşahidə olunur.