Qarışıq döyüş növü üzrə rusiyalı çempion Həbib Nurməhəmmədovun atası, eyni zamanda onun məşqçisi 57 yaşlı Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə idmançı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirib ki, hazırda atasıda Moskvada xəstəxanalardan birində müalicə alır.

Koronavirus testi pozitiv çıxan A.Nurməhəmmədov süni tənəffüs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.