Yunanıstanın Krit adası sahillərində zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.
Məlumata görə, zəlzələ Rixter şkalası üzrə 5,8 bal gücündə qeydə alınıb.
Yeraltı təkanların episentri İerapetra şəhərindən 91 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.