Rusiyanın Kamçatka sahillərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Unikial.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.
Seysmik hadisənin episentri Ust-Kamçatsk kəndindən 138 km məsafədə, 18 km dərinlikdə olub. Sunami təhlükəsi elan edilməyib.
Bildirilib ki, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.