Çin hökuməti ölkənin şimali-şərq hissəsində yerləşən Tszilin əyalətinin Şulan şəhər qəzasının yaşayış rayonlarını karantinə bağlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb mayın 7-dən indiyədək Şulan qəzasında 19 nəfərdə koronavirusun aşkarlanması olub.

Bundan əlavə, həmin şəxslər daha 535 nəfərlə ünsiyyətdə olublar.

Bununla əlaqədar olaraq, yoluxma hallarının qeydə alındığı yaşayış rayonlarında mayın 18-i saat 12:00-dan etibarən administrasiyanın icazəsi olmadan sərbəst hərəkətə qadağa qoyulması ilə sərt profilaktik tədbirlər tətbiq olunub. Yerli mağazalar və supermarketlər karantində olan sakinlər üçün lazımi məhsulların çatdırılmasını təşkil edəcəklər.