Cənubi Sudanın Vitse-prezidenti Riek Maşar və xanımı Ancelina Teni koronavirusa yoluxublar.

Unikal.org xarici KİV-ə istiadən xəbər verir ki,  Maşar ailəsi ilə yanaşı, ofisində çalışan işçilərdə və cangüdənlərində də Covid-19 aşkarlanıb. 

Belə ki, Maşarın aprelin 27-də verdiyi test neqativ çıxsa da, təkrar analizi pozitiv nəticə göstərib.

Hazırda vitse-prezidentlə xanımı özünütəcrid rejimindədirlər.