Mayın 15-də Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb.
Unikal.org-un məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda keçirilən əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı külli miqdarda dövlət vəsaitinin mənimsəməsi faktı aşkar edildiyinə görə saxlanılaraq, məhkəmənin qərarı ilə həbs edilib.