Qlobal böhrana səbəb koronavirus Türkiyədə yoluxmağa və can almağa davam edir.
Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, Kütahyada 11 gün əvvəl dünyaya gələn körpədə koronavirus testi müsbət çıxıb.
Belə ki, körpəni dünyaya gətirən ana və tibb işçilərində də koronavirusa aşkar edilib. Yenidoğulmuş körpə və daha 25 nəfər karantin altına alınıb.
Koronavirus diaqnozu qoyulan 11 günlük körpə qızın atası Mustafa K. və neonatal xidmətdə olan körpənin anası Pınar O.-nın xəstəxanada müalicəsi davam edir.