Ermənistanda daha 218 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 041-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 64-ə çatıb.
Bildirilib ki, ölkədə indiyədək 2 164 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 788 aktiv koronavirus xəstəsi var.