Koronavirus pandemiyası Böyük Britaniya kral ailəsinin büdcəsinə 21,7 milyon dollar ziyan vura bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu, əsasən kral sarayına daxil olan turizm gəlirlərinin azalması ilə əlaqədardır.

Qeyd olunur ki, bu səbəbdən sarayda işləyən bir sıra əməkdaşların ixtisar olunacağı gözlənilir.

Ötən il, Böyük Britaniya kral ailəsi bilet və suvenir satışlarında 85 milyon dollardan çox gəlir əldə etmişdi. Turistlər arasında daha çox populyar olan Bukingem sarayı və Vindzor qəsrinə bilet satışı ailəyə müvafiq olaraq 14,6 və 30,5 milyon dollar qazandırmışdı.