Rusiyada son sutka ərzində daha 9263 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 299 941-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.

Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 220 974 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 115 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2837-ə çatıb. Ümumilikdə 76 130 pasiyent isə sağalaraq evinə buraxılıb.