Koronavirus (COVID-19) səbəbiylə İsraildə maska taxmaq məcburiyyəti, ölkəyə təsir edən istilik dalğası səbəbindən müvəqqəti olaraq qaldırılıb.

Unikal.org xəbər verir ki, Səhiyyə naziri Yuli Edelstein, mütəxəssislərin tövsiyəsi ilə 22 May tarixində xaricdə və məktəblərdə maskalar taxmaq öhdəliyinin ləğv edilməsinə qərar verib.

Belə ki, termometrlər İsrailin bir çox şəhərində 40 dərəcəni göstərsə də, bu vəziyyətin cümə gününə qədər davam edəcəyi gözlənilir.

12 aprel tarixindən etibarən Təl-Əviv rəhbərliyi bütün israillilərə COVID-19-a qarşı mübarizənin bir hissəsi olaraq maskalar taxmaq öhdəliyi götürüb. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatlarına görə, COVID-19 səbəbiylə ölkədə 277 nəfər ölüb, yoluxma halların ümumi sayı isə 16 min 650-yə yüksəlib.