Səudiyyə Ərəbistanının çoxmillətli “Dallah Əl-Baraka” holdinqinin prezidenti və qurucusu, milyarder Salih Abdullah Kamil 79 yaşında vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə şirkətin “Twitter” hesabında bildirilib.

Səudiyyə Ərəbistanı KİV-lərində onun ərəb dünyasında İslam bankçılığı və medianın öncüllərindən biri olduğu vurğulanıb.

Qeyd edək ki, “Şark əl-Ovsat” qəzeti yazıb ki, Kamil təxminən 2,3 milyard ABŞ dollarlıq sərvəti ilə ən varlı iş adamlarından olub.

Salih Abdullah Kamil Ciddə Ticarət Palatasının sədri, Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyində 10 il məsləhətçi vəzifələrində işləyib, 1995-1996-cı illərdə Bankir mükafatına,1993-cü ildə Körfəz iş adamları mükafatına, 2010-cu ildə isə Malayziya Kralı mükafatına layiq görülüb.