Əfqanıstanın qərbindəki Herat əyalətindəki polis bölməsinə silahlı hücum nəticəsində bir polis məmuru ölüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Herat Polis İdarəsinin sözçüsü Əbdül Əhəd Vəlizadənin açqlamasına görə,  3 naməlum şəxsin Heratın Karte bölgəsindəki polis bölməsinə silahlı hücum etdiyini bildirib. 

Vəlizadə hücumda 1 polis məmurunun öldüyünü, hücumun ardınca gedən qarşıdurmada iki təcavüzkarın zərərsizləşdirildiyini və daha bir təcavüzkarın ərazidən qaçdığını qeyd edib.

Hücumu törədən şəxslər barəsində araşdırma aparılır.