Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya həkimləri tərəfindən koronavirusdan ölən həmkarlarının xatirəsinə yaradılan “Xatirə siyahısı” layihəsində onların adları yazılıb.
Bildirilib ki, jurnalistlər siyahıdakı 222 addan 186-nın tibb işçisi olduğunu təsdiqləyib. Ölən səhiyyə işçilərindən 16-sı Moskva ətrafının, 14-ü isə Sankt-Peterburqun sakinləridir.
Məlumata görə, ölkə üzrə COVID-19-dan azı 186 tibb işçisi ölüb. Başqa sözlə, pandemiya nəticəsində ölənlərin ümumi sayının 7 faizi onların payına düşür.
Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 2 837-yə yüksəlib.