Serbiya iyunun 1-dən etibarən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqro ilə sərhədləri açacaq.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvitsa Daçiç həmsərhəd ölkələrin nazirləri ilə videokonfrans zamanı deyib.

O bildirib ki, digər həmsərhəd ölkələr olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya və Xorvatiya ilə sərhədlər epidemioloji vəziyyət düzəldikcə açılacaq.

Qeyd edək ki, Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərhədləri martın 15-də bağlayıb. Ölkədə bu günədək 10 mindən çox şəxs koronavirusa yoluxub, 231 nəfər ölüb.