Dünyada hər gün yeni növ koronavirusla bağlı qəribə hadisələr baş verir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Meksikada yağan dolu insanları şoka salıb. Belə ki, yerə "Covid-19" virusu formasında dolu düşüb.
Mütəxəssislər tərəfindən edilən açıqlamada bu halın olduqca normal olduğu bildirilib. İnsanlar isə bunun Tanrı tərəfindən göndərilən bir xəbərdarlıq olduğunu iddia ediblər.