Türkiyədə son gün ərzində daha 28 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 199-a çatıb. Eyni zamanda son 24 saat ərzində 1 022 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, Türkiyədə "Covid-19"a yoluxanların sayı 151 615-ə yüksəlib. Onlardan 112 895-i sağalıb.
Qeyd edək ki, son gündə koronavirusla bağlı 25 382 test aparılıb.