Yerevanda atışma olub.
Unikal.org xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib.
Məlumata görə, hadisə Başinjaqyan küçəsində qeydə alınıb. Küçədəki yaşayış binasının həyətində atəş səsləri eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və atışmanı törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.
Atışma zamanı həyətdəki "KIA" markalı avtomobilə zərər dəyib. Hadisə yerinə istintaq qrupu cəlb edilib.
Fakt üzrə materiallar toplanılır.