Meksikada ötən sutka ərzində yeni növ koronavirusdan daha 334 nəfər ölüb.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 5 666 nəfərə çatıb.
L.Alomiya qeyd edib ki, ötən sutka ərzində 2 713 nəfərdə koronavirus aşkarlanıb, Meksikada koronavirusa yoluxanların ümumi sayı 54 346 nəfər təşkil edir.