"Azərsu" ASC içməli su təchizatı sistemlərində suyun xlorator tipli qurğularla zərərsizləşdirilməsi üçün lazım olan avadanlıqların satın alınması (1), generatorlarının əsaslı təmiri işləri (2), diyircəkli yastıqların satın alınması(3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Unikal.org vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, ilk 2 tenderin qalibi "Universal PRO", 3-cü tenderin qalibi isə "Hidsab" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 363 737 manat, 1 944 876 manat və 435 719 manat, ümumilikdə 2 744 332 manat ödəniləcək.