Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. 

Bu barədə Unikal.org-a AMEA-dan məlumat verilib. 

Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.

Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.