Məşhur aktrisa Ceymi Kinq 12 illik rejissor əri Kayl Nyumandan boşanır.
Unikal.org xəbər verir ki, aktrisa artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanmaq üçün ilk addımı atan Ceymi ərinin ona yaxınlaşmasına qadağa qoyulmasını da istəyir.
Buna səbəb isə aktrisanın zorakılıq hərəkətlərindən qorxmasıdır. Qeyd edək ki, cütlüyün iki oğlu var. Onlar karantin rejimi başlayandan ayrı evlərdə yaşayırlar.