Cəbrayılın vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi yalandır.

Unikal.org xəbər verir ki, bu gün meyiti tapılan 12 yaşlı Cəbrayıl Məmmədlinin əmisi Rahim Məmmədov deyib. O bildirib ki, hadisə ilə bağlı kiminsə şübhəli şəxs qismində tutulması da həqiqətə uyğun deyil:

“Ailə üzvləri olduqca sakit və tərbiyəli adamlardır. Onların kənddə kiminləsə işi olmayıb ki, kimdənsə şübhələnək. Uşaq dünən təkbaşına velosipedi ilə arxa su ardınca gedib. Həmin gün nə qədər axtarsaq da, tapa bilmədik. Yalnız velosipedi getdiyi ərazidə idi. Meyit bu gün 12:00-da tapılıb”.

R.Məmmədov deyib ki, meyitin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər yalandır:

“Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Kiminsə öldürməsi, yaxud yıxılaraq ölməsi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Hazırda meyit ailəsinə təhvil verilib. Amma ekspertiza rəyi açıqlanmayıb”.

Qeyd edək ki, 12 yaşlı Cəbrayılın əvvəlcə ayı hücumuna məruz qaldığı bildirilsə də, daha sonra öldürülərək çaya atıldığı barədə iddialar yayılıb.

***14:41

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlanın ölümü ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.
 
Unikal.org
axar.az-a istinadən xəbər verir ki, kənd sakinlərinin məlumatına görə, oğlanı ayı parçalamayıb. Ehtimal olunur ki, oğlan arxa su qoymağa gedərkən başqa bir cavan oğlan tərəfindən zorakılığa məruz qalıb.
 
Ehtimal olunur ki, bundan sonra əməlinin yayılacağından ehtiyat edən gənc 12 yaşlı oğlanı öldürüb və yaxınlıqdakı çaya atıb.
 
Bildirilir ki, artıq şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.
 
Meyit ekspertizaya verilib.