Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən sınaq onlayn imtahan təşkil edilib.
Unikal.org-un məlumatına görə, sınaq onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak edib.
Bununla yanaşı, Akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.